EN

ABŞ və Cənubi Koreya arasında 350 milyard dollarlıq atom sualtı qayığı sazişi bağlanıb

Tramp Seula nüvə sualtı qayığı inşa etməyə icazə verib, müqabilində gömrük və enerji sazişi əldə olunub...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya atom sualtı qayığı inşa etmək icazəsi verdiyini bəyan edib. Prezident bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp qeyd edib ki, yeni sualtı qayıq hazırda istismarda olan “köhnəlmiş və manevr qabiliyyəti zəif dizel sualtı gəmiləri”nin yerini tutacaq və Filadelfiyadakı Amerika gəmiqayırma zavodlarında tikiləcək.

ABŞ liderinin sözlərinə görə, Seul bu razılaşma müqabilində 350 milyard dollar ödəməyi, Amerika neft və qazının idxalını artırmağı, habelə Cənubi Koreya şirkətləri və iş adamlarının ABŞ iqtisadiyyatına 600 milyard dollardan çox sərmayə yatırmasını təmin etməyi öhdəsinə götürüb.

Tramp vurğulayıb ki, bu saziş həm ABŞ-Cənubi Koreya iqtisadi əlaqələrini möhkəmləndirəcək, həm də Asiya-Sakit okean regionunda təhlükəsizlik balansını gücləndirəcək. Müşahidəçilər hesab edirlər ki, bu addım Seulun öz müdafiə sənayesini inkişaf etdirməsi ilə yanaşı, Vaşinqtonun regiondakı strateji mövqelərini də gücləndirəcək.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources