EN

Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır - BDYPİ

Bakı. Trend:

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli havaşəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraqyollarda qəza riskini artırır.

Trend xəbər verirki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərəhazırlaşan sürücülərə müraciətində deyilir.

ağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görməməsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət vəintizam tələb edir. Bu səbəbdən bir daha xatırladırıq ki, belə havaşəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddiniazaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıqcihazlarının saz vəziyyətdə olmasına nəzarət edin.

Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavərisklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarınınməhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli,yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asangörünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəlnəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcəvacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarınıtəhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli vəehtiyatlı olmağa çağırır.
Unutmayaq: yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir.

Chosen
20
34
az.trend.az

10Sources