EN

Si Cinpin: Çinin inkişafı “Amerikanı yenidən böyük etmək” vizyonu ilə əl ələdir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pekin, 30 oktyabr, AZƏRTAC

Çinin inkişafı və dirçəlişi ABŞ Prezidenti Donald Trampın "Amerikanı yenidən böyük etmək" vizyonu ilə əl-ələ gedir.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin xalq Respublikasının Sədri Si Cinpin Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Tramp ilə görüşdə deyib.

Çin lideri iki ölkənin bir-birlərinə uğur qazanmalarına və birlikdə inkişaf etmələrinə kömək edə biləcəklərini söyləyib. "Çin və ABŞ tərəfdaş və dost olmalıdır. Tarixin bizə öyrətdiyi və reallığın tələb etdiyi budur", - deyən Si Cinpin əlavə edib ki, Çin-ABŞ münasibətləri üçün möhkəm bir zəmin yaratmaq və hər iki ölkənin inkişafı üçün əlverişli bir atmosfer yaratmaq üçün Prezident Tramp ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

Çin lideri qeyd edib ki, Pekin və Vaşinqton Çin-ABŞ münasibətlərinin davamlı irəliləməsini təmin etməlidir. Si Cinpinin sözlərinə görə, onların birgə rəhbərliyi altında Çin-Amerika münasibətləri ümumilikdə sabit qalır.

“Bir neçə gün əvvəl Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən məsləhətləşmələrin son mərhələsində iki ölkənin iqtisadi və ticarət qrupları müvafiq əsas problemlərin həlli ilə bağlı əsas konsensusa nail oldular və bu, bugünkü görüş üçün lazımi şəraiti təmin etdi”, - deyə Si Cinpin bildirib. Əlavə edib ki, milli şərtlərdəki fərqləri nəzərə alaraq, hər iki tərəfin baxışlarının həmişə üst-üstdə düşmədiyini, dünyanın iki aparıcı iqtisadiyyatı arasında zaman-zaman anlaşmazlığın baş verməsi normaldır.

Prezident Donald Trampın müxtəlif regional münaqişələrin həllinə böyük həvəs göstərməsinə toxunan Sədr Si Cinpin, ölkəsinin də bu cür problemlərin həlli üçün sülh danışıqlarını təşviq etdiyini deyib. “Bu gün dünya bir çox ciddi problemlərlə üzləşdiyindən, Çin və ABŞ birlikdə ən böyük ölkələr kimi məsuliyyəti öz üzərinə götürə bilər”, - deyə Si Cinpin bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
2
azertag.az

3Sources