EN

Maduro Venesuelada narkotacirlərə məxsus üç təyyarənin məhv edildiyini açıqlayıb

Venesuela ordusu Karib dənizi istiqamətindən ölkə hava məkanına daxil olan yüngül təyyarələri vurub...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro dövlət televiziyasının efirində çıxış edərək narkotrafikdə iştirak edən üç yüngülmühərrikli təyyarənin ələ keçirilib və məhv edildiyini bildirib. Prezidentin sözlərinə görə, əməliyyat Milli Bolivar Silahlı Qüvvələrinin kəşfiyyat bölmələrinin iştirakı ilə həyata keçirilib.

Maduronun açıqlamasına əsasən, təyyarələrdən iki-si oktyabrın 29-da, biri isə ondan iki gün əvvəl, bazar ertəsi günü vurulub. Təyyarələrin mənsubiyyəti açıqlanmasa da, onların ölkə hava məkanına şimaldan, Karib dənizi istiqamətindən daxil olduğu bildirilir.

Prezident ordunu “möhtəşəm uğur” münasibətilə təbrik edib və qeyd edib ki, hərbi aviasiya bütün beynəlxalq protokollara və hüquqi normalara uyğun fəaliyyət göstərib.

Venesuela milli televiziyasının məlumatına görə, bu ilin əvvəlindən ölkə ərazisində 63 tondan çox narkotik vasitə müsadirə edilərək məhv edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Venesuela ərazisində narkokartellərə qarşı quru əməliyyatı planlaşdırdığını elan etmişdi. Buna cavab olaraq Maduro bəyan etmişdi ki, “ABŞ Venesuelada marionet rejim qurmaq üçün müharibə başlatmaq istəyir.”

Analitiklər hesab edirlər ki, Karib hövzəsində artan əməliyyatlar regionda narkoticarətə qarşı geosiyasi rəqabətin gücləndiyini göstərir və Vaşinqtonla Karakas arasında yeni gərginlik mərhələsinin başlaya biləcəyini istisna etmir.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources