EN

ABŞ-ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

ABŞ-da kommersiya neft ehtiyatları 6 858 min barel azalıb və 415 966 min barel təşkil edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

    Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 900 min barel azalacağını proqnozlaşdırırdı.

    Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

    Chosen
    1
    8
    bakivaxti.az

    10Sources