EN

Gədəbəydə quyuya yıxılan kişi xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə 3 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Chosen
11
23
sia.az

10Sources