Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında Moderator.az-a verilən məlumata görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov birdən qaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.
Təkanla qaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib. Beləliklə birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Mükafatçılara medalları BeynÉ™lxalq Ağırlıqqaldırma Federasiyasının “MÉ™slÉ™hÉ™t Qrupu”nun üzvü vÉ™ AzÉ™rbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov tÉ™qdim edib.