EN

Arda Turan futbolçularına qəzəbləndi - Onlara rahatlıq verməyəcəyəm

BAKI, 30 oktyabr. TELEQRAF

Ukrayna Kubokunun 1/8 final mərhələsində Kiyev "Dinamo"su Donetsk "Şaxtyor"unu 2:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, görüşdən sonra açıqlama verən "Şaxtyor"un baş məşqçisi Arda Turan futbolçularını məğlubiyyətə görə cəzalandıracağını bildirib.

"Oyunun 50-55 dəqiqəsi tamamilə bizim üstünlüyümüzlə keçdi. 4-5 qol vura bilərdik. "Dinamo" isə yaratdığı bütün şanslarından istifadə edə bildi. Derbi matçlarında belə oynamaq olmaz. Futbolçularımla təkbətək danışığım olacaq. Onlara növbəti oyuna qədər rahatlıq verməyəcəyəm. Problemimizin olduğunu hiss etməlidirlər. Dünyanın heç bir yerində belə futbol oynamaq olmaz", - deyə Turan söyləyib.

Qeyd edək ki, "Şaxtyor" növbəti oyununu da "Dinamo"ya qarşı keçirəcək. Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutacaq görüş noyabrın 2-də reallaşacaq.

Chosen
37
teleqraf.com

1Sources