Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.
Offsideplus.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan yığma Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə məğlub olub.