EN

İdman Akademiyasının "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

Ötən gün AzEdu.az Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər. 

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, Tələbələrlə iş üzrə prorektor Almaz Ələkbərova, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektor Rafail Novruzov, Tələbələrlə iş üzrə prorektorun müşaviri Lalə Əhmədova, Elm və innovasiyalar üzrə prorektorun müşaviri Nailə Kələntərli, Komanda idman növləri kafedrasının müdiri İlqar Əliyev, Menecment və ümumi fənnlər kafedrasının müdiri Elnarə Əliyeva, Sağlamlıq və menecment fakültəsinin dekan müavini Sevda Quliyeva, Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər. 

Mükafatlandırma mərasimi zamanı çıxış edən Lalə Əhmədova bu təşəbbüslə bağlı təşəkkürünü bildirib:

171316

“Bugünkü tədbirimiz ötən tədris ili üzrə keçirilən "Brend tələbə" layihəsinin mükafatlandırılma mərasimidir. Layihənin əsas məqsədi tələbələr arasında fərqli və rəqabətli mühitin formalaşdırılmasıdır. Bununla yanaşı, uğurlu tələbələrimizi ictimaiyyətə tanıtmaq da layihənin əsas istiqamətlərindən biridir.

Təbii ki, bizim üçün hər bir tələbə uğurlu sayılır. Lakin öz bacarıqları və fəallıqları ilə seçilən 10 tələbəmiz xüsusi olaraq fərqlənib.

Bütün tələbələrimizə gələcək karyeralarında uğurlar arzulayırıq. Biz hər zaman tələbələrimizlə fəxr etmişik və inanırıq ki, gələcəkdə də onlar bizi layiqincə təmsil edəcəklər".

Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

171279

“İlk növbədə hər birinizi səmimiyyətlə salamlayır, bu gün mükafata layiq görülən bütün tələbələri ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq İdman Akademiyası da bizim layihəyə qoşulub.

Tələbələrin uğurlarının təhsil aldıqları ali məktəblər tərəfindən dəyərləndirilməsi, şübhəsiz ki, son dərəcə vacibdir. Lakin bu uğurların universitet divarlarını aşaraq, cəmiyyət və media tərəfindən də tanınması, gənclər üçün daha geniş bir motivasiya mənbəyinə çevrilir. Belə tanınma, tələbələri yeni nailiyyətlərə, daha yüksək zirvələrə doğru ruhlandırır və onların gələcək fəaliyyətinə əlavə stimul verir.

Artıq üç ildir ki, AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi də məhz bundan ibarətdir. Tələbələrin bilik və bacarıqlarını önə çıxarmaq, onların səsini daha geniş ictimaiyyətə çatdırmaq. Layihənin gələcək perspektivi isə, şübhəsiz ki, onun əhatə dairəsini genişləndirərək Azərbaycanın bütün universitetlərini bu təşəbbüsə cəlb etməkdir".

Tələbələrlə iş üzrə prorektor Almaz Ələkbərova tələbəri təbrik edərək çıxışına başlayıb:

171280

“Hər birinizi bugünkü nailiyyətiniz münasibətilə təbrik edirəm. Bu uğur həm sizin əzmkarlığınızın, həm də universitetimizin tələbələrə göstərdiyi diqqət və qayğının nəticəsidir. Xüsusilə də Azərbaycan İdman Akademiyasında qızlarımızın belə bir uğura imza atması məni qürurlandırır.

Hazırda universitetimizdə 7 minə yaxın tələbə təhsil alır və rəhbərlik olaraq biz daim onların inkişafı üçün bütün şəraiti yaratmağa çalışırıq.

Əminəm ki, bu gün mükafat alan tələbələr gələcəkdə də əldə etdikləri bilik və bacarıqları ilə ölkəmizi layiqincə təmsil edəcəklər".

Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektor Rafail Novruzov “Brend tələbə” adını qazananların tam haqlı olaraq bu uğura layiq görüldüyünü bildirib:

171281

"Hər birinizi təbrik edirəm. Uğurlarınızın davamlı olmasını arzu edirəm. Nə qədər ki, cavansınız dayanmayın. Problemdə ola bilər, çətinlikdə. Təki məqsədinizdən geri dönməyin".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan İdman Akademiyasının "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Elmar Atakişiyev- İdman məktəbinin Məşqçilik təhsil proqramının tələbəsi;

Vüqar Manafov -İdman məktəbinin Məşqçilik təhsil proqramının tələbəsi;

İlham Alıyev- İdman məktəbinin Məşqçilik təhsil proqramının tələbəsi;

Tural Əliyev- Menecment məktəbinin İdman menecmenti və kommunikasiya təhsil proqramının tələbəsi;

Tacə Cəfərova- Sağlamlıq məktəbinin Bədən tərbiyəsi və idmanda reabilitasiya təhsil proqramının tələbəsi;

Rəvan Səmədov -Sağlamlıq məktəbinin Bədən tərbiyəsi və idmanda reabilitasiya təhsil proqramının tələbəsi;

Aysel Mustafazadə - Sağlamlıq məktəbinin Bədən tərbiyəsi və idmanda reabilitasiya təhsil proqramının tələbəsi;

Zəhra Əsgərova - İdman məktəbinin Məşqçilik təhsil proqramının tələbəsi;

Səbinə Rzalı- İdman məktəbinin Məşqçilik təhsil proqramının tələbəsi;

Fatimə Həsənova- Menecment məktəbinin İdman menecmenti və kommunikasiya təhsil proqramının tələbəsi.

Chosen
14
azedu.az

1Sources