Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DünyaBankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa DəstəkLayihəsi” çərçivəsində növbəti “Həvəsləndirmə mükafatları”müsabiqəsinə start verilib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məqsəd Layihə çərçivəsində 2020-2024-cü illərdəavadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrəkiçik bizneslərini qurmuş şəxslərə öz bizneslərini genişləndirməküçün əlavə dəstəyin göstərilməsidir.
Müsabiqəyə ölkənin bütün şəhər və rayonları üzrə “MəşğulluğaDəstək Layihəsi” çərçivəsində kiçik biznesini qurmuş şəxslərmüraciət edə bilər.
Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
• Biznes fəaliyyətinin birinci ilini biznes plana uyğun olaraqtamamlamalı, istifadəsinə və ya mülkiyyətinə verilmiş əmlaklarlafəaliyyət istiqamətinə uyğun biznes fəaliyyəti ilə məşğulolmalıdır;
• Qeydiyyata alınmış vergi ödəyicisi olmalı və son 12 ay ərzindəvergi və digər məcburi sosial ödənişləri tam şəkildə ödəməli, borcuolmamalıdır.
Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalanabilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər https://survey.sosial.gov.az/index.php/937811?lang=az linkivasitəsilə müraciət edə bilərlər.
Növbəti mərhələdə müsabiqənin tələblərinə uyğun olan şəxslərəbiznes plan nümunəsi göndəriləcəkdir. Təqdim ediləcək biznesplanlar qiymətləndirildikdən sonra qalib şəxslərə “MəşğulluğaDəstək Layihəsi” çərçivəsində əlavə dəstək göstəriləcək.
Müsabiqədə iştirak üçün son müraciət tarixi: 12 noyabr 2025-ciil, saat 18:00-a qədərdir.
Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin RegionalMəşğulluq filiallarına və onların xidmət şöbələrinə və ya DOSTmərkəzlərinə müraciət edə bilərsiniz.
 
                        