Bakı. Trend:
Xəstənin vəziyyətinə uyğun ən yaxın və müvafiq avadanlığa malikxəstəxana sistem tərəfindən təyin ediləcək.
Trend xəbərverir ki, bu sözləri TƏBİB-in icraçı direktorunun müşaviri ElşadMəmmədli
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”də deyib.
O bildirib ki, Xəstəxana xəstənin gələcəyini, təxmini çatmavaxtını və ilkin diaqnozu əvvəlcədən biləcək.
"Briqada ehtiyac olduqda müxtəlif ixtisas üzrə həkimlərlə(reanimatoloq, pediatr və s.) video və ya audio əlaqə quracaq.Çağrı mərkəzində 24/7 rejimdə çalışan kritik və digər ixtisaslıhəkimlər artıq formalaşdırılıb"- deyə o əlavə edib.
Elşad Məmmədli qeyd edib ki, çağrı mərkəzində şəxsiyyəti təyinolunan xəstənin şəxsi və tibbi məlumatları, keçmiş xəstəlik vəçağırış tarixçəsi briqada interfeysində avtomatik göstəriləcək.Həkimlər xəstə haqqında o yolda olarkən məlumat alacaq.
