EN

"Şamaxı" "Turan Tovuz"la oyuna 2 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının (MPL) 10-cu turunda "Turan Tovuz"un qonağı olacaq "Şamaxı" oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:

“Kəpəz”lə 8-ci turdakı görüşdə aldığı qırmızı vərəqəyə görə 3 oyunluq cəzalanan Abdulaye Şuaybu ötən həftə olduğu kimi, bu dəfə də komandaya kömək edə bilməyəcək. Heyətdə daha bir oyunçu isə zədə səbəbindən Tovuzda komandaya kömək edə bilməyəcək. Andrey Tirkoveanu zədəsini sağaltmaqla məşğuldur".

Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" qarşılaşması noyabrın 2-də Tovuzda keçiriləcək. Matçın start fiti 16:00-da səsləndiriləcək. 

Mirağa

Chosen
9
1
fanat.az

2Sources