EN

"Shell"in üçüncü rübdə xalis mənfəəti proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın enerji şirkəti “Shell” bu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Banco.azxəbər verir ki, şirkət üçüncü rübdə 5,43 milyard dollar xalis mənfəət əldə etdiyini bəyan edib. Şirkətin xalis mənfəəti illik müqayisədə 9,9% azalsa da, nəticə gözləntilərdən yüksək olub. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisinə görə, mənfəətin 4,74 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Əvvəlki rüblə müqayisədə isə mənfəət 27,4% artıb.

Xalis mənfəətin tərkib hissələrindən inteqrə qaz mənfəəti illik müqayisədə 25% azalaraq 2,14 milyard dollar səviyyəsinə enib. Yuxarı axın (upstream) və resurs gəlirləri üzrə mənfəət isə 26% azalaraq 1,80 milyard dollar olub.

Marketinq mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 1,32 milyard dollar səviyyəsinə çatıb.

“Shell”in hər səhm üzrə mənfəəti isə 93 sentə enib. Bazar gözləntilərinə görə, bu göstəricinin 78 sentə düşməsi proqnozlaşdırılırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
28
1
banco.az

2Sources