EN

İlqar Abbasovun rəhbərlik etdiyi qurumla bağlı YENİ XƏBƏR

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  parade hazırlıq çərçivəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə intensiv məşqlər aparılır.

Mənbə bildirir ki, ölkə tarixində ilk dəfə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi paradda Prezidentin qarşısından keçid edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin qurumun rəisi İlqar Abbasov vəzifəsindən azad edilib, onun yerinə Sərdar Səfərov təyin olunub.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
bakivaxti.az

1Sources