EN

Mərkəzi Asiya və Cənubi Qafqazda regional inteqrasiya sürətləndirilməlidir - Beynəlxalq Valyuta Fondu

BAKI,TurkicWorld

İnvestorların cəlb olunması üçün Mərkəzi Asiya və Cənubi Qafqazda regional inteqrasiya sürətləndirilməlidir.

TurkicWorld xəbər verir ki, bunu onlayn brifinqdə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bildirib.

"Son bir neçə ildə region müxtəlif çağırışlar və ardıcıl sarsıntılara baxmayaraq dayanıqlı göstəricilər nümayiş etdirib. 2020–2021-ci illərdə COVID-19 pandemiyası ilə başlayan bu dövrdə daha sonra Rusiya və Ukrayna arasında müharibə baş verdi ki, bu, neft bazarlarında, xüsusilə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün volatilliklə müşayiət olunan ciddi geosiyasi hadisə oldu", – deyə o bildirib.

Azurun sözlərinə görə, son illərdə bir sıra faktorlarla əlaqədar dünyada iqtisadi artımın yaxşı nəticələri müşahidə olunub.

"Bu amillərdən biri Mərkəzi Asiya və Qafqaz ölkələrindən göndərilən köçürmələr, pul köçürmələri, kapital axınları və işçi qüvvəsinin miqrasiyası olmuşdur. Bundan əlavə, regionun bu çoxsaylı sarsıntılara dözümlülük göstərmə qabiliyyəti və regional əməkdaşlığı gücləndirməsi əlavə artıma təkan verən başqa bir elementdir. Göstəricilər gözləniləndən yaxşı oldu, xüsusilə son dövrlərdə, inflyasiyanın artmasına baxmayaraq. Lakin inflyasiya riskləri ölkələrdən onu nəzarətdə saxlamaq üçün zəruri tədbirlər görməyi tələb edir", - deyə o vurğulayıb.

Azur əlavə edib ki, son illərdə müşahidə olunan dayanıqlıq artan qlobal qeyri-müəyyənlik fonunda daha da gücləndirilməlidir.

"Mövcud problemlərin həllinin ən yaxşı yolu makroiqtisadi əsasların gücləndirilməsidir: inflyasiyanın nəzarətdə saxlanması, ticarət gərginliyindən doğa biləcək nəticələrin aradan qaldırılması. Ticarət tədbirlərinin təxirə salınmış təsiri zamanla ölkələrə mənfi təsir göstərə bilər. Buna görə də maliyyə dayanıqlığını təmin etməyə yönəlmiş düzgün fiskal siyasətin aparılması makroiqtisadi sabitliyin qorunması üçün vacib amildir", – deyə o bildirib.

Regionun investisiya potensialından danışan Azur qeyd edib ki, son illərdə qlobal iqtisadiyyat bir sıra sarsıntılarla üzləşib ki, bu da qlobal ticarət və inteqrasiyanın strukturunu dəyişib.

"Bu, ticarət gərginliklərinin və fragmentasiyanın artmasına səbəb oldu, lakin eyni zamanda əvvəllər əsas qlobal ticarət marşrutlarından kənarda qalan ölkələrə əlaqələndirici rol oynamağa imkan verdi. Bunu necə nail olmaq olar? Üç mərhələli şəkildə hərəkət etmək lazımdır.

Birincisi infrastruktur mərhələsi: əlaqəliliyi gücləndirmək üçün infrastrukturun inkişafına sərmayə qoymağa davam etmək. Buraya yollar, dəmir yolları, magistrallar, limanlar, enerji şəbəkələri daxildir – region ölkələri arasında nəqliyyat və enerji əlaqələrini yaxşılaşdıra biləcək hər şey", - deyə BVF nümayəndəsi izah edib.

"İkinci mərhələ qayda və tənzimləmələrin harmonizasiyasıdır ki, bu da region ölkələrinin məhsuldarlığını artıracaq, malların daşınması üçün vaxt və xərcləri azaldacaq.

Və nəhayət, üçüncü mərhələ biznes mühitinin yaxşılaşdırılmasıdır. Daha əlverişli iş mühiti yaratmaq özəl sektora regionun artan iqtisadiyyatları fonunda genişlənmək üçün daha çox imkan verəcək.

Son element regional inteqrasiyanın sürətləndirilməsi, vahid ümumi bazar yaradılaraq xarici investorları cəlb etmək və region üçün yeni imkanlar açmaqdır", – deyə Cihad Azur yekunlaşdırıb.

Chosen
6
2
turkic.world

3Sources