Rusiyanın Yoşkar-Ola şəhərində polis əməkdaşları toy kortejindən atəş açmaqda şübhəli bilinənləri saxlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Mari El Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, toy kortejindən atəş açanların şəxslərin azərbaycanlılar olduğu bildirilir.
“Mari El Respublikası Daxili İşlər Nazirliyinin əməliyyatçıları tərəfindən araşdırma aparılıb. Xuliqanlıqda şübhəli bilinən şəxslər saxlanılıblar. Silahlar onlardan müsadirə edilib”, – deyə məlumatda bildirilib.
Avtomobillərin iki sürücüsünə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.37 və 12.2-ci maddələri ilə inzibati protokollar tərtib edilib. İstintaq materialları əlavə hüquqi araşdırma üçün istintaq orqanlarına göndərilib. Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün araşdırma aparılır.
 
                        