EN

Xınalıq və Qrıza ilk güclü qar yağdı -FOTO

Bu gün Quba və Qusarın dağlıq ərazilərinə ilin ilk güclü qarı yağıb.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ən çox qar rayonun Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Laza kəndində isə 3 santimetr qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək düşüb.




Chosen
25
10
redaktor.az

10Sources