EN

Nərimanovda ard arda qayda pozan “Prius” sürücüsü 77 DY 156 VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 24-də səhər saatlarında qeydə alınıb. Belə ki, 77-DY-156 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sol zolağa qəfil manevr edib. Bununla kifayətlənməyən sürücü həmin zolağa keçərək görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb və qəfil əyləci sıxmaqla qəza şəraiti yaradıb.

Kadrdan da görünür ki, “Prius” sürücüsünün keçdiyi zolaqda nişanlanma xətti yalnız sola dönməyə icazə verir. Lakin o, bu tələbi pozaraq hərəkətini düz istiqamətdə davam etdirib.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, nişanlanma xətləri və zolaq tələbləri sürücülər üçün məcburidir. Bu tələblərə əməl etməmək yalnız inzibati məsuliyyət deyil, həm də qəza riskinin artmasına səbəb olur. Sürücülərin manevr zamanı zolaqları düzgün seçməsi və qəfil hərəkətlərdən çəkinməsi təhlükəsizliyin əsas şərtidir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
avtosfer.az

1Sources