EN

SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib

Bakı.Trend:

SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumukeçirilib.

Trend xəbərverir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, SOCAR Qrupun müxtəlif ölkələrdə fəaliyyətgöstərən hüquq və uyğunluq üzrə mütəxəssislərinin, habelə aparıcıbeynəlxalq hüquq şirkətlərinin nümayəndələrinin iştirakı iləkeçirilən Forum bilik və təcrübə mübadiləsi aparmaq, bu xüsusdayeni yaranan hüquqi riskləri müzakirə etmək məqsədi daşıyıb.

Hüquq və Uyğunluq Forumu çərçivəsində “Beynəlxalq arbitrajmübahisələri”, “Korrupsiya və qlobal enerji sektoru”, “Biznesmühitində hüquqi çətinliklər” mövzularında panel müzakirələriaparılıb.

Müzakirələrdə digər ölkələrdə çalışan SOCAR Qrup müəssisələriarasında vahid komanda ruhunun gücləndirilməsi və sürətlə dəyişənqlobal mühitin çağırışlarına cavab vermək üçün əməkdaşlıqprinsiplərinin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.

Tədbirdə SOCAR-ın Qrup üzrə fəaliyyətində uyğunluqmədəniyyətinin təbliği çərçivəsində hüquqi tələblər, etik dəyərlər,şəffaflıq və ən yüksək idarəetmə standartlarını rəhbər tutduğu birdaha vurğulanıb. SOCAR tərəfindən bu cür hüquq və uyğunluqforumlarının illik əsaslarla keçirilməsi planlaşdırılır.

Məqalədə:
Chosen
23
3
az.trend.az

4Sources