EN

ABŞ-da latın amerikalıların sayı 24 ildə iki dəfə artıb

ABŞ-da latın amerikalıların sayı 24 ildə iki dəfə artıb

ABŞ-da aparılan bir araşdırmaya görə, ölkədəki latın amerika mənşəli əhalinin sayı 2000–2024-cü illər arasında 35,3 milyondan 68 milyona yüksələrək 24 ildə demək olar ki, ikiqat artıb.

ABŞ mərkəzli Pew araşdırma mərkəzi tərəfindən aparılan tədqiqatda ABŞ Əhalə Sayımı Bürosunun məlumatlarından istifadə olunaraq ölkədəki latın amerika mənşəli əhali təhlil edilib.

Araşdırmada 2000–2024-cü illər arasında 35,3 milyondan 68 milyona yüksələn latın amerika mənşəli əhalinin 24 ildə demək olar ki, ikiqat artdığı müəyyənləşdirilib. Həmçinin bu dövr ərzində latın amerikalıların ABŞ əhali artımının yarıdan çoxunu təşkil etdiyi ortaya çıxıb.

Tədqiqatda qeyd olunur ki, 2000-ci ildən bəri latın amerikalılar ABŞ-ın ümumi əhali artımında mühüm rol oynayıb və 2000–2024-cü illər arasında ölkə əhalisinin artımının 56 faizini təşkil ediblər.

Araşdırmaya əsasən, latın amerikalılar ölkənin ən böyük ikinci etnik qrupu sayılır və bu qrup 2024-cü ildə ABŞ əhalisinin təxminən 20 faizini təşkil edib. Bu göstərici 2000-ci ildə 13 faiz, 1970-ci ildə isə 5 faiz olub.

2024-cü ildə latın amerikalıların orta yaş həddi 31,2 olaraq müəyyənləşdirilib. Bu göstərici qaradərili amerikalılarda 36,2, Asiya mənşəlilərdə 39,0, ağdərili amerikalılarda isə 43,2 olub. Tədqiqatda qeyd olunur ki, gənc əhali arasında ən yüksək pay latın amerikalılara məxsusdur.

Araşdırmaya görə, 2000-ci ildə ölkədəki latın amerikalıların 40 faizi immiqrantlardan ibarət idisə, 2024-cü ildə bu göstərici 33 faizə enib.

Tədqiqatın nəticələrinə görə, 2024-cü ildə ABŞ-da yaşayan latın amerikalıların 79 faizi ABŞ vətəndaşıdır. Onların 67 faizi doğuşla vətəndaşlıq əldə edib.

Latın amerikalılar arasında meksikalılar təxminən 40 milyon nəfərlə ən böyük qrupu təşkil edirlər.

Kaliforniya və Texas latın amerikalıların ən çox yaşadığı ştatlardır

Araşdırmaya əsasən, 2024-cü ildə Kaliforniyada 16,1 milyon, Texasda isə 12,6 milyon latın amerikalı yaşayır.

Latın amerikalılar 2024-cü ildə Kaliforniya əhalisinin 41 faizini, Texas əhalisinin isə 40 faizini təşkil edib.

Chosen
38
afn.az

1Sources