EN

Gürcüstanda həbs cəzası çəkənAZƏRBAYCAN VƏTƏNDAŞLARININ SAYI ARTIB

Gürcüstan həbsxanalarında 129 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında belə deyilir.

 

Aylıq müqayisədə say 10 nəfər artıb.

 

Hesabata əsasən, Azərbaycan vətəndaşlarının 41-i ittiham olunan, 88-i isə məhkumdur. Təqsirləndirilən şəxslərin 38-i kişi, 3-ü qadın, məhkumların isə 74-ü kişi, 14-ü qadındır.

 

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 56 nəfər təşkil edir. Aylıq müqayisədə onların sayı bir nəfər azalıb. Həmin şəxslərin 48-i kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.

 

Gürcüstanda ümumilikdə 1 404 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs cəzası çəkir, probasiya nəzarətində isə 602 nəfər xarici ölkə vətəndaşı saxlanılır.

Chosen
28
6
senzor.az

7Sources