EN

Cənubi Koreyadan olan iştirakçı: “Medinex 2025” sərgisi effektiv nəticə verəcək

Bakı, 30 oktyabr, AZƏRTAC

“Fine B&M” şirkətinin satış meneceri kimi “Medinex 2025” sərgisində iştirak etmək olduqca maraqlıdır. Çünki bizim şirkət həm Cənubi Koreyada, həm də digər ölkələrdə cərrahi tikiş ipləri istehsalçısıdır və bu sərgi məhsulların tanıdılması üçün olduqca gözəl platformadır.

Bunu AZƏRTAC-a müsahibəsində “Medinex 2025” sərgisinin Cənubi koreyalı iştirakçısı Christopher Lee Sales Manager deyib.

O qeyd edib ki, Azərbaycan iqtisadi cəhətdən olduqca sürətlə inkişaf edir: “Cənubi Koreya və MDB ölkələri arasında Azərbaycanın bir körpü rolunu oynaya biləcəyini düşünürük. Bu səbəbdən “Medinex 2025” sərgisində iştirak etmək qərarına gəldik. Burada iştirak edən ölkələr yalnız Azərbaycanda deyil, digər aparıcı ölkələrdə də distribütor tapa bilərlər”.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan iştirakçı sərginin çox maraqlı və canlı olduğunu deyib. Xüsusilə səhiyyə sahəsi ilə bağlı dövlət rəsmilərinin sərgini ziyarət etmələrinin effektiv nəticə verəcəyini diqqətə çatdırıb.

Chosen
7
1
azertag.az

3Sources