EN

Azərbaycanda “Böyük Qayıdış” proqramının icrası uğurla davam etdirilir - Deputat

Bakı. Trend:

Azərbaycanda “Böyük Qayıdış” proqramının icrası uğurla davametdirilir. Bu il ərzində işğaldan azad edilmiş torpaqlara köçprosesi ardıcıl və planlı şəkildə həyata keçirilib.

Bunu Trend-ə Milli Məclisindeputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı tarixyazan Azərbaycan həmin zəfərdən sonrakı dövrdə də yeni bir tarixyaradır:

“İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuqişləri daim Prezident İlham Əliyevin nəzarətindədir. Dövlətbaşçısının oktyabrın 28-də Cəbrayıla səfəri, Horovlu kəndininbirinci mərhələsinin açılışında, Cəbrayıl şəhər məscidinin vəŞahvəlli kəndində hər biri 50 meqavat gücündə olan "Şəms" və "Üfüq"Günəş Elektrik stansiyalarının təməlqoyma mərasimlərində iştirakıbu işlərin geniş miqyasda və sürətlə aparıldığını bir daha nümayişetdirir”.

A.Həsənova vurğulayıb ki, 2020-ci ilin 44 günlük Vətənmüharibəsində əldə edilən tarixi Qələbə nəticəsində Azərbaycan uzunillər işğal altında qalmış torpaqlarını azad etdi:

“Qarabağ və Şərqi Zəngəzurun tam azad olunması ilə ölkəhəyatında yeni və strateji bir mərhələ başlandı. Qarşıda duran əsasməqsəd bu torpaqlara həyatın qaytarılması, infrastrukturun bərpasıvə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına layiq şəraitdəqayıdışını təmin etmək idi. Azərbaycan dövləti bu istiqamətdədərhal hərəkətə keçdi və Prezident İlham Əliyevin sərəncamı ilə"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I DövlətProqramı" təsdiqləndi”.

Deputat əlavə edib ki, 2020-ci ildən etibarən, 2025-ci il dədaxil olmaqla, dövlət büdcəsindən bərpa və quruculuq işlərinəümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb:

“2026-cı ilin dövlət büdcəsində isə azad edilmiş ərazilərinbərpasına 3 milyard 500 milyon manat məbləğində vəsait nəzərdətutulur. Bu maliyyə resursları həmin ərazilərdə planlaşdırılanlayihələrin uğurla icrasına imkan yaradır. Artıq yüzlərlə ailədoğma yurdlarına qayıdıb, onlar üçün bütün zəruri yaşayış şəraititəmin edilib. Planlara əsasən, 2026-cı ilin sonunadək "BöyükQayıdış" proqramının birinci mərhələsi başa çatacaq və təxminən 140min keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura geri dönəcək.Azərbaycan bütün bu nəhəng işləri tamamilə öz daxili resurslarıhesabına, xarici maliyyə dəstəyi olmadan həyata keçirir”.

Məqalədə:
Chosen
20
3
az.trend.az

4Sources