EN

Toyda kütləvi dava: saxlanılanlar var

Naxçıvanda toyda kütləvi dava olub.

Publika.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki “Araz” restoranında baş verib.

Toy mərasimi zamanı qonaqlar arasında naməlum səbəbdən dava olub. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisə zamanı qonaqlardan biri uca səslə nalayiq ifadələr işlədib. Polislər ona irad bildirib söyüşü dayandırmağı tələb etsələr də, şəxs məhəl qoymayıb və hərəkətlərinə davam edib. Dava iştirakçısı olan bir neçə nəfər polis bölməsinə aparılıb.

Söyüş söyən şəxs bölmədə də hərəkətlərini davam etdirərək, sərxoş halda nalayiq ifadələr işlədib.

Chosen
9
1
publika.az

3Sources