EN

DYP “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam edir VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Hazırda respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə tədbir keçirilib.

Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan halların qarşısının alınması istiqamətində profilaktik işlər aparılıb. Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə maarifləndirici söhbətlər keçirilib, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləri diqqətə çatdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını avtomobillərinin texniki sazlığına diqqət yetirməyə, təmiz hava və sağlam mühit naminə məsuliyyətli davranmağa çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
5
avtosfer.az

6Sources