HƏMAS təşkilatı bu gün iki israilli girovun cəsədini İsrail tərəfinə təhvil verəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, təhvil prosesi Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.
Hadisə Qəzza zolağında münaqişə fonunda aparılan vasitəçilik danışıqlarının davam etdiyi bir vaxtda reallaşır.
Ekspertlər bu addımı humanitar məqsədli jest və danışıqlarda etimadın bərpasına yönəlmiş addım kimi qiymətləndirirlər.
Musavat.com