EN

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəmil Rəhimov Şirvanda torpağa tapşırıldı


Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəmil Nizami oğlu Rəhimov oktyabrın 30-da Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Əvvəlcə ailəsinin yaşadığı evdə itkin şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə itkin şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Cəmil Rəhimov 1969-cu ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il Şuşa uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Chosen
13
4
baki-xeber.com

4Sources