EN

Azərbaycan və BƏƏ arasında əlaqələrin inkişafı müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 30-daBirləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri SaqrQobaşla görüşüb.

Trendxəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkəarasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyiqeyd edilib.

Cari ilin sentyabr ayında “Azərbaycan Respublikası ilə BirləşmişƏrəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrihaqqında Birgə Bəyannamə”nin imzalanması ilə Azərbaycan-BƏƏmünasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəliəməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyivurğulanıb.

Parlamentlərarası münasibətlərə də toxunularaq, parlamentsəviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunvericiorqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfliəməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.

Görüşdə Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi,investisiya, bərpaolunan enerji, neft-qaz, informasiyatexnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlıfaydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
31
23
az.trend.az

10Sources