EN

Şəkidə qəza olub, bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb

Bakı.Trend:

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yol-nəqliyyatqəzasının baş verib, vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalıb.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-inDövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından MühafizəHissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Shaolin SLG 6602” markalı mikroavtobusun yoldan çıxaraqağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib vəsürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdəqalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəlibədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalansürücü, 1990-cı il təvəllüdlü Məmmədov Famil Namiq oğlunu xilasedərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Chosen
24
2
az.trend.az

3Sources