EN

The Atlantic: Trampın nüvə sınaqları ilə bağlı bəyanatı Moskvanın tələsinə düşməkdir...

Amerikalı politoloq Tomas Nikols Trampın nüvə sınaqlarını bərpa qərarını zəifliyin və əsəbiliyin göstəricisi adlandırıb...

Poliqon xəbər verir ki, The Atlantic jurnalının siyasi icmalçısı Tomas Nikols ABŞ prezidenti Donald Trampın nüvə silahı sınaqlarını bərpa etməklə bağlı bəyanatını “Rusiya tərəfindən qurulmuş psixoloji tələyə verilmiş reflektor reaksiya” kimi qiymətləndirib.

Nikolsun fikrincə, nüvə sınaqlarının yenidən başlanması “qüdrət və inamın yox, zəiflik və əsəb gərginliyinin” əlamətidir. O yazır ki, “heç bir ABŞ prezidenti Kremlə öz əsəbləri ilə oynamağa imkan verməməlidir, xüsusilə də məsələ nüvə silahına aid olduqda.”

Məqalədə qeyd olunur ki, Tramp hələ də “soyuq müharibə dövrünün düşüncə tərzində ilişib qalıb” və Rusiyanın vaxtaşırı nüvə gücünü nümayiş etdirməsini şəxsi təhqir kimi qəbul edir. Buna görə də, o, sınaqları bərpa etməklə “öz sərtliyini sübut etməyə çalışır”.

Nikols əlavə edir ki, bu mövqedə Tramp tək deyil: bəzi “nüvə şahinləri” də ABŞ-ın nüvə potensialının etibarlılığına şübhə yarandığını iddia edirlər, çünki amerikalı bombalar onilliklərdir sınaqdan keçirilmir.

Lakin ekspertin fikrincə, bu arqument əsassızdır: “Amerika və digər nüvə dövlətləri arsenalının hər bir komponentini sınaqdan keçirməyin alternativ yollarına malikdirlər — və bu barədə bütün nüvə gücləri çox yaxşı məlumatlıdır.”

Nikols vurğulayır ki, nüvə sabitliyi bir çox amillərdən asılıdır, lakin “heç kim ABŞ-a qarşı hücum planlaşdırmır, təkcə o fərziyyəyə əsaslanaraq ki, guya Amerika bombaları işləmir”.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources