EN

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilinsentyabr ayında orta hesabla 128.8-ə bərabər olub. Bununla da ərzaqqiymətləri indeksi avqust ayı ilə müqayisədə 0.7% azalıb və ötənilin müvafiq dövrü ilə müqayisədə isə 3.4% artıb.

TrendPrezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinə istinadən xəbər verir ki, dövr ərzində ət məhsullarıüzrə qiymət indeksi artıb, şəkər, bitki yağları, süd və taxılməhsulları üzrə isə azalıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi sentyabr ayında orta hesabla105.0 bənd təşkil edib:

Avqust ayına nisbətən 0.6 bənd (0.6%) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5 bənd (7.5% )azalıb.

Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

Avropa İttifaqı, Şimali Amerikanın əsas istehsalçı ölkələrindəvə Rusiya Federasiyasında yüksək məhsuldarlıq fonunda buğdaqiymətinin azalması;

Braziliya və ABŞ-də bol tədarük proqnozları əsasında qarğıdalıqiymətinin azalması;

Düyü qiymətinin azalması.

BİTKİYAĞLARI

Bitki yağı Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 167.9bənd təşkil edib:

Avqust ayına nisbətən 1.2 bənd (0.7%) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.0 bənd (18.0%)artıb.

Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri :

Malayziyada avqust ayı ehtiyatlarının gözləniləndən daha yüksəkolması fonunda palma yağı qiymətinin azalması;

Sentyabrın sonunda soya paxlası və ondan əldə edilən məhsullarüzrə ixrac vergilərinin müvəqqəti dayandırılmasından sonraArgentinadan artan tədarükün təzyiqi fonunda qlobal soya yağıqiymətinin azalması.

ƏTMƏHSULLARI

Ət Qiyməti İndeksi sentyabr ayında orta hesabla 127.8 bəndtəşkil edib:

Avqust ayına müqayisədə 0.9 bənd (0.7%) artıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 bənd (6.6%)artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:

Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksəktələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb vəOkeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətininartması.

SÜDMƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi sentyabr ayında ortahesabla 148.3 bənd təşkil edib:

Avqust ayı ilə müqayisədə 4.0 bənd (2.6%) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8 bənd (9.0%)artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasının əsassəbəbləri:

Yeni Zelandiyada yüksək təklif fonunda kərə yağı qiymətininazalması;

Süd tozu qiymətinin azalması.

ŞƏKƏR

Şəkər Qiymət İndeksi sentyabr ayında orta hesabla 99.4 bəndtəşkil edib:

Avqust ayına nisbətən 4.2 bənd (4.1 faiz) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 bənd (21.3%)azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsassəbəbləri:

Braziliyada böyük əzmə həcmləri və yüksək məhsuldarlıq fonundaşəkər qiymətinin azalması;

Hindistan və Taylandda bol musson yağışlarından sonra,genişlənmiş əkinlərlə birlikdə əlverişli məhsul fonunda şəkərqiymətinin azalması.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr aylarında istehlakqiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,7faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə106,7 faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilənödənişli xidmətlər üzrə 106,8 faiz təşkil edib.

Eyni zamanda yalnız bu ilin sentyabr ayında isə ölkədə istehlakqiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,1 faizə bərabərolub.

Chosen
19
9
az.trend.az

10Sources