EN

İt təsadüfən iki aylıq körpəni PARÇALADI

Moskva ətrafında bir it təsadüfən iki aylıq körpəni parçalayıb öldürüb. İndi o, evtanaziya olunacaq.

İnterpress.az xəbər verir ki, faciə Odintsovo yaxınlığındakı Trexqorka kəndində baş verib. Ailə körpələri ilə qohumlarını ziyarətə gəlmişdi.

Qohumların Alyaska Malamutu cinsindən olan itləri var idi. İt evin içində kilidlənmişdi, körpənin olduğu uşaq arabası isə həyətdə qalmışdı.

İt qaçaraq uşaq arabasını aşırıb və körpəni dişləyib. Körpə dərhal ölüb.

Ailənin sözlərinə görə, it əvvəllər heç vaxt aqressivlik göstərməyib və sadəcə oynamaq istəyib. İndi çox güman ki, o, evtanaziya olunacaq.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources