EN

Zaxarova: İsveç Ukrayna münaqişəsindən qazanc əldə etmək istəyir

ABŞ ilə plutoniumun zərərsizləşdirilməsinə dair sazişin denonsasiyası (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin fəaliyyətinin birtərəfli qaydada dayandırması) Rusiyanın hərbi və siyasi potensialına zərbə vurmaq cəhdlərinin qəti şəkildə dəf ediləcəyini nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Qeyd olunur ki, Moskvanın sazişdən çıxması sadəcə formal xarakter daşıyacaq, çünki müqavilə 2016-cı ildən dayandırılıb.

Zaxarova çıxışı zamanı İsveçin Kiyevə “Gripen” qırıcı təyyarələri satmasına da münasibət bildirib.

O qeyd edib ki, bu, Stokholmun Ukrayna münaqişəsindən maliyyə qazancı əldə etmək istəyini nümayiş etdirir.

Onun sözlərinə görə, İsveç hakimiyyəti “Kiyev rejiminin süqutunun labüdlüyünü” başa düşür və mövcud vəziyyətdən dividendlər qazanmağa çalışır

Diplomat xatırladıb ki, İsveç maqnatlarından ibarət Vallenberq ailəsi İkinci Dünya Müharibəsi zamanı İsveçin rəsmi olaraq neytral statusunu saxlamasına baxmayaraq, Nasist Almaniyasına strateji məhsullar verməklə pul qazanıb.

"Vallenberqlərin indiki nəsli Ukrayna böhranından qazanc əldə etməyə ümid edir və avropalılar tərəfindən bloklanan suveren Rusiya aktivlərinin bölünməsində iştirak etmək arzusundadır. Sadəcə olaraq: İsveç biznesi neonasizmi dəstəkləyir", - Zaxarova bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, İsveç hazırda “terrorçu hüceyrə”nin maliyyələşdirilməsində rəsmi olaraq iştirak edir.
Chosen
12
1
sherg.az

2Sources