EN

İranda elektrik cərəyanı vuran voleybolçuya beyin ölümü diaqnozu qoyulub

Ötən ay yaşadığı hotelin hovuzunda elektrik cərəyanı vuran İranın “Al-Rayyan” klubunun üzvü Saber Kazemiyə beyin ölümü diaqnozu qoyulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İran Voleybol Federasiyası məlumat yayıb.

Hadisədən sonra komaya düşən 26 yaşlı voleybolçunun həyatını dəstəkləyən cihazın hələ də işləmədiyi və həkimlərin nəzarəti altında olduğu bildirilib.

Qeyd edək ki, S.Kazemi millinin heyətində Asiya çempionu və Asiya Oyunlarının ikiqat qalibi olub.

Chosen
20
nocomment.az

1Sources