EN

Beyləqanda ağır qəza 4 yaralı var+Yenilənib

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində  olub.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA” markalı maşınla toqquşub.

Nəticədə avtomobildə olan 4 nəfər - 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB ağır qəzada yaralananların vəziyyətini açıqlayıb:

30.10.2025-ci il tarixdə saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər ( kişi ) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir.

Ziya Əmirxanlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
16
qafqazinfo.az

10Sources