Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz sonuncu matçında Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineunun “Zimbru 2” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.
Bununla millimiz 1 xalla qrupda 4-cü yeri tutub.
 
                        