Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Norveç kimi
ilin böyük hissəsində şaxtalı havaların hökm sürdüyü ölkələrdə enerji xərcləri
ciddi problem yaradır. Lakin norveçlilər bahalı sistemlər yerinə sadə, lakin
ağıllı üsul tapıblar: evi qızdırmaq yox, istiliyi qorumaq.
Sherg.az xəbər verir ki, bu
yanaşma sayəsində həm enerji sərfiyyatı azalır, həm də evlər təbii istiliyini
uzun müddət saxlayır.
Norveçlilərə
görə, əsas məsələ daha çox yanacaq yandırmaq deyil, istinin qaçmasının
qarşısını almaqdır. Yeni tikilən evlərdə soyuğun içəri girməməsi əsas prinsip
sayılır. Betonun altına və yan divarlara yerləşdirilən XPS panellər torpağın
soyuq təsirini kəsir, su keçirmədiyi üçün illərlə effektivliyini qoruyur.
Beləcə, zəmin daim neytral istilikdə qalır və insanlar çılpaq ayaqla belə üşümür.
Parket
altına əlavə edilən yansıdıcı folyo otaqdakı istiliyi geri əks etdirir,
günəşdən gələn istilik də itmir. Nəticədə ev daha uzun müddət eyni temperaturda
qalır.
Norveçdə
həmçinin geniş səthli radiatorlar istifadə olunur. Bu sistemdə suyun çox
qızdırılmasına ehtiyac qalmır. Məsələn, 75 dərəcə yerinə 45 dərəcə su
temperaturu eyni nəticəni verir. Bu da enerji qənaətini artırır, faturaları
azaldır.
Mütəxəssislər bu yanaşmanı “passiv isinmə” adlandırır: ev
özü istiliyini qoruyur, kombi daha az işləyir, otaqlar bərabər temperaturda
qalır. Nəticə etibarilə həm təbiət qorunur, həm də ailə büdcəsi yüngülləşir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.