Gəncədə minik maşını mopedlə toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü A.Quliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
 
                        