EN

“Əlavə vaxtda qırmızı alsaq da, iki qol vurub, 3:1 hesablı qələbə qazandıq” – ağır qələbənin şərhi

Premyer-liqa təmsilçisi “Karvan-Yevlax” Bizon Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində 1-ci yox, 2-ci liqada mübarizədə aparan “Şəki”ni 90 dəqiqə ərzindəməğlub edə bilmədi. Buna baxmayaraq, 120 dəqiqənin sonunda sevinən tərəf yevlaxlılar idi.

Oyun, çətin qələbə ilə bağlı yevlaxlıların baş məşqşisi Azər Həşimov fikirlərini “Football-plus.az”a bildirib:
“Kubok oyunu idi. İstədik ki, çempionatda az şans qazanan futbolçular oynasınlar, təcrübələrini artırsınlar. Hesabda 1:0 öndə olanda qol imkanlarımız oldu, yararlana bilmədik, uzatma dəqiqələrində də qapımızda qol gördük. Futbolçularımıza dedik ki, səbrlə oynayıb, qalib gəlmək lazımdı. Rəqib də yaxşı futbolçulardan ibarətdi. Təcrübəli futbolçuları var. Elvin müəllim (“Şəki”nin baş məşqçisi” – red.) yaxşı komanda formalaşdırıb. Əlavə vaxtda qırmızı alsaq da, iki qol vurub, 3:1 hesablı qələbə qazandıq. Rəqibi təbrik edirəm, yaxşı oynadılar. Ümid edirəm ki, bu qələbə komandamız üçün çempionat oyunlarında da daha istəkli və əzmkar olmağımızda rol oynayar. İnşallah, bu matç komandamıza qələbə ruhunu gətirəcək”.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
18
1
football-plus.az

2Sources