EN

Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib (FOTO)

Bakı. Trend:

Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyivə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında növbətikonsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan XİN-dən Trend-əbildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndəheyətinə Azərbaycan Respublikasının Xarici İşlər NazirliyininKonsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinəisə Belarus Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq başidarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.

Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarınınməsul əməkdaşları, Azərbaycan Respublikasının Daxili İşlərNazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin, BelarusRespublikasının Xarici İşlər Nazirliyinin və BelarusRespublikasının Azərbaycan Respublikasındakı Səfirliyininəməkdaşları iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasındaəlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədəikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanlarımüzakirə olunub.

Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraqProtokol imzalanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
20
26
az.trend.az

10Sources