Gəmi Avropada Qərb Cəbhəsində döyüşən 48-ci Avstraliya Piyada batalyonuna dəstək verib. Nevil bir il sonra döyüşdə həlak olub. Harley iki dəfə yaralansa da, müharibədən sağ çıxıb. Nevill anası Robertina Nevillə yazdığı məktubda: "Çox yaxşı vaxt keçiririk. Yeməklər yaxşıdır, dəniz sahilində basdırdığımız bir yeməkdən başqa. Gəmi yellənir, amma biz çox xoşbəxtik”, - deyə qeyd edib. Nevill məktubu tapan şəxsdən onu anasına çatdırmasını istəyib. Harley məktubu tapan şəxsə xoş arzularını çatdırıb. O qeyd edib ki, anası öldüyü üçün məktubu tapan onu saxlaya bilər. Yazılar hələ də oxunaqlı olduğundan, məktubu tapan ailə hər iki əsgərin qohumları ilə əlaqə saxlayıb.
 
                        