EN

Tramp və Si arasında birillik atəşkəs Vaşinqton və Pekinə vaxt qazandırır

Bloomberg yazır ki, ABŞ və Çin münasibətləri sabitləşdirmək istəsə də, strateji qarşıdurma davam edir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında əldə olunan birillik atəşkəs hər iki tərəfə qarşılıqlı təsir rıçaqlarını gücləndirmək üçün vaxt qazandırır. Agentlik hesab edir ki, bu razılaşma iki ən böyük iqtisadiyyat arasında gərginliyi müvəqqəti azalda bilər, lakin onların arasında mövcud olan əsas fikir ayrılıqlarını aradan qaldırmayacaq.

Mənbəyə görə, həm Vaşinqton, həm də Pekin bu dövrü strateji sahələrdə bir-birindən asılılığını azaltmaq üçün istifadə etməyi planlaşdırır. Analitiklər qeyd edirlər ki, Trampın ilk prezidentlik dövrü ilə müqayisədə Çin bu dəfə daha güclü və daha özünəinamlı şəkildə danışıqlara qatılıb.

ABŞ paytaxtındakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Skott Kennedinin sözlərinə görə, “Çin bəzi güzəştlərə getsə də, aydın görünür ki, məhz Pekinin təhdidləri ABŞ-ı planlaşdırılan bir sıra məhdudiyyətlərdən imtina etməyə məcbur edib”. O əlavə edib ki, Si Cinpin “Çinin iqtisadi sisteminin daha təhlükəsiz mühitdə fəaliyyət göstərməsini və qlobal liderlik ambisiyalarının qorunmasını təmin edə bilib”.

Ekspertlər bildirirlər ki, Tramp–Si razılaşması hər iki tərəf üçün iqtisadi sabitlik baxımından mühüm addım sayılsa da, ABŞ-Çin münasibətlərində uzunmüddətli etimadın bərpası hələ də uzaq perspektivdə görünür.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources