EN

“Roma” Zirkzini icarəyə götürməyi planlaşdırır

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzi karyerasını İtaliyanın “Roma” klubunda davam etdirə bilər.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “canavarlar” yanvar ayı transfer pəncərəsində niderlandlı forvardı icarəyə götürmək niyyətindədir. Paytaxt klubu artıq 24 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb.

Bu mövsüm Zirkzi minimum oyun vaxtı aldığı üçün qışda klubdan ayrılmağa müsbət yanaşır. Transfermarkt portalı niderlandlı futbolçunun bazar dəyərini 28 milyon avro qiymətləndirir.

Can Pyero Qasperinin rəhbərlik etdiyi komanda hazırda çempionat cədvəlində ikinci pillədə qərarlaşıb və xallar bərabər olmasına baxmayaraq “Napoli”yə yalnız əlavə göstəricilər üzrə geri qalır.

Chosen
27
90deqiqe.az

1Sources