EN

Tanzaniyada küçələr döyüş meydanına çevrildi Komendant saatı elan edildi

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Tanzaniyada dünən keçirilən ümumi və parlament seçkiləri zamanı minlərlə insan ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq seçki islahatları və azad siyasi fəaliyyət tələb edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar 7 milyon əhalisi olan Dar əs Salam şəhərində nəqliyyat vasitələrini və binaları yandırıblar və polislə qarşıdurmaya giriblər.

Küçələr döyüş meydanına çevrildiyindən şəhərdə komendant saatı elan edilib. Polis komendant saatının yerli vaxtla saat 18:00-da başlayacağını açıqlayıb.

Hökumət sözçüsü Gerson Msigva, ofisdə vəzifələrini yerinə yetirməli olanlar istisna olmaqla, hər kəsin evdən işləməli olduğunu bildirib. Tanzaniya hakimiyyəti bu gün dövlət qulluqçularına və tələbələrə evdə qalmaları barədə xəbərdarlıq edən açıqlama yayıb.

Dar es Salamda elan edilən komendant saatından sonra küçələrə çox sayda təhlükəsizlik qüvvəsi və polis yerləşdirilib.

Komendant saatının müddəti hələ açıqlanmayıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
525.az

1Sources