"Yuventus" klubu Luçano Spalettinin baş məşqçi təyin olunduğunu elan edib.
"Ölkə.az" bildirir ki, bu barədə Turin təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
66 yaşlı italyan mütəxəssislə 2026-cı il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırladaq ki, səkkiz oyundur qələbə qazana bilməyən Turin klubunun əvvəlki baş məşqçisi xorvatiyalı İqor Tudor vəzifəsindən azad edilib.
Spalettinin son iş yeri İtaliya millisinin baş məşqçi postu olub. O, 2022/23 mövsümündə "Napoli"ni A Seriyasının çempionu edib.
 
                        