EN

Saakaşvili İvanişvili ilə fərqlərini sadaladı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakim Gürcü Arzusu partiyasının qurucusu milyarder Bidzina İvanişvilidən nə ilə fərqləndiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Saakaşvili sosial şəbəkədə yazıb: “Məni 2011-2012-ci illərdə daha qətiyyətli hərəkət etməməkdə ittiham edirlər. Mən o zaman İvanişvilinin yaratdığı təhlükəni başa düşürdüm. Əslində, mən seçki kampaniyası zamanı insanlara İvanişvili seçiləcəyi təqdirdə onları nə gözlədiyini izah etmək üçün hər şeyi demişdim”.

Saakaşvilinin sözlərinə görə, o və İvanişvili bir-birindən köklü şəkildə fərqlənirlər.

“Əgər mən İvanişvilini başqa üsullarla dayandırsaydım, bu, ona bənzəmək və diktatura qurmaq demək olardı. Mən bunu sadə səbəbə görə etməzdim: İvanişvili ilə mən kökündən fərqliyik. Onun insanlara qarşı empatiyası sıfırdır və mən insanları sevirəm. Ona görə də özümü o təhlükəli, bədxah adam kimi apara bilməzdim. Ümid edirəm ki, məni başa düşəcəksiniz”, – Saakaşvili qeyd edib.

Chosen
17
3
konkret.az

4Sources