EN

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Bakı. Trend:

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsüilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçünyeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinininkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına vəmusiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmətedir.

Trend xəbər verir ki, HeydərƏliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihəçərçivəsində alınan musiqi alətləri nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ArzuƏliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.

Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıramusiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb.Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərləyanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır.Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqialətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindənsifariş olunan nümunələrdir. O cümlədən “Carlovy” violonçel vəskripkaları, Avropanın akustik piano və royalların istehsalısahəsində başlıca firması olan “Petrof” royalları, “Yamaha”pianoları bu musiqi alətləri sırasındadır.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil KərimliAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihəninpaytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafınadəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondununmədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gəncistedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görətəşəkkürünü bildirib.

Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərininşagirdlərinin iştirakı ilə konsert olub.

Chosen
11
35
az.trend.az

4Sources