EN

ABŞ vaxtaşırı nüvə silahını sınaqdan keçirməlidir-Vitse-prezident Vens

ABŞ vaxtaşırı nüvə silahı sınaqları keçirməlidir.

APA xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Bizim böyük arsenalımız var. Aydındır ki, rusların da böyük nüvə arsenalı var. Çinlilərin də. Bəzən bu silahların düzgün və etibarlı işlədiyinə əmin olmaq üçün sınaqlar keçirmək lazımdır,” – deyə o vurğulayıb.

O, ABŞ-ın bu sınaqlar zamanı nüvə partlayışlarını yenidən həyata keçirməyə hazır olub-olmadığını isə dəqiqləşdirməyib.

AzPost.az

Chosen
29
3
azpost.info

4Sources