EN

Nyu-Yorkda fövqəladə vəziyyət elan olundu

BAKI, 31 oktyabr. TELEQRAF

Nyu-York ştatının qubernatoru Keti Hokul federal hökumətin maliyyələşdirməni dayandırması səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, qubernator həmçinin əhaliyə 65 milyon dollarlıq əlavə ərzaq yardımı ayrıldığını açıqlayıb.

Hokul bildirib ki, bu qərar 1 noyabrdan etibarən 3 milyon sakinin federal ərzaq dəstəyindən məhrum qalmasının qarşısını almaq məqsədi daşıyır. Ayrılan vəsait sayəsində təxminən 40 milyon pay yemək ehtiyacı olan ailələrə çatdırılacaq.

ABŞ-də federal hökumətin maliyyələşdirilməməsi səbəbindən 1 oktyabrda hökumət fəaliyyətinin qismən dayandırılması baş verib. Respublikaçılar və demokratlar büdcə xərcləri ilə bağlı razılığa gələ bilmədikləri üçün vəziyyət hələ də davam edir.

Chosen
53
teleqraf.com

1Sources